Boliviya məhkəməsi keçmiş prezident Evo Moralesin həbs qərarını ləğv edərək, ona saxlanılma riski olmadan ölkəsinə qayıtmağa imkan verib.

Unikal.org xəbər verir ki, orderin ləğvi Moralesə bir ildən çox sürgündən sonra Boliviyaya yenidən qayıtmağa imkan verir. Moralesin Sosialist Partiyası bu ayın əvvəlində boliviyalılar keçmiş liderin yaxın müttəfiqi Luis Arseni prezident seçdikdən sonra hakimiyyətə qayıdıb.

Argentina dövlət xəbər agentliyi “Telam”ın verdiyi məlumata görə, keçən il seçkidən sonra istefa edən Morales cümə günü Venesuelaya uçub.

Xatırladaq ki, Boliviya prokurorluğu Moralesi üsyan və terrorizmə təhrikdə ittihamı edərək onun barəsində həbs qərarı çıxarmışdı.