Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib.
Unikal.org xəbər verir ki, hazırda dünyada təhlükəli infeksiyaya yoluxma hallarının sayı 45 064 700-ə çatıb.
Pandemiya ərzində virusdan ölüm hallarının sayı 1 183 078 təşkil edib, bununla yanaşı, COVID-19-a yoluxmuş 32 856 483 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-9-a 9 148 462 yoluxma aşkarlanıb, təhlükəli infeksiyadan 233 565 insan ölüb.
Yoluxma halları ilə bağlı siyahıda sonrakı yerdə Hindistan (8 71 189), Braziliya (5 474 840), Rusiya (1 581 693), Fransa (1 235 132), İspaniya (1 194 681), Argentina (1 130 533), Kolumbiya (1 41 935), Böyük Britaniya (965 340), Meksika (906 863) və Peru (894 928) qərarlaşıb.