Tacikistanın yeni seçilmiş prezidenti Emoməli Rəhmon rəsmi olaraq vəzifəsinin icrasına başladı, andiçmə mərasimi cümə günü baş tutub.
Unikal.org xəbər verir ki, inauqurasiya mərasimi Millət Sarayında baş tutub.
MSK başçısı Bəxtiyar Xudoyerzoda E.Rəhmona prezident sertifikatını təqdim edib, respublika Konstitusiya Məhkəməsinin sədri Əbdülhafiz Aşurzoda yeni seçilən dövlət başçısına qızıl və gümüşdən hazırlanmış, yaqut və zümrüdlə bəzədilmiş prezident nişanəsini verib. Rəhmona fərdi ştandart da təqdim edilib. Sonra mərasim Tacikistan hökumətinin "Kokhi Somon" şəhər iqamətgahında davam edib, burada Rəhmon ölkə konstitusiyasına sədaqət andı içib.
Tacikistanda prezident seçkiləri 11 oktyabrda keçirilib və cari dövlət başçısı Emoməli Rəhmonun beşinci dəfə qalib gəlib.