Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı bir milyon nəfəri keçib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, Britaniyada son sutka ərzində 21 915 nəfər koronavirusa yoluxub. Bununla da hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 011 660 nəfərə çatıb.
Son sutkada 326 nəfər isə koronavirusa görə həyatını itirib ki, ümumilikdə koronavirusa görə ölənlərin sayı 46 555 nəfər olub.