Pakistan Baş naziri İmran Xan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İmran Xan Türkiyə liderinə İzmirdə baş verən zəlzələ ilə bağlı başsağlığı mesajını çatdırıb.

Baş nazir hər zaman Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.

Ərdoğan da İmran Xana təşəkkür edib və ötən həftə Pakistanda baş verən terror aktına görə bir daha başsağlığı verib.