İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 31 758 nəfər artıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 297 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 38 618 nəfərə çatıb.
Ölkədə hazırda 351 386 aktiv koronavirus daşıyıcısı var, onlardan 1843-ü ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 679 430 nəfərdən 289 426 nəfər sağalıb.