Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrini açıqlayıb.
Unikal.org xəbər verir ki, MSK-nın yaydığı məlumata görə, 3847 məntəqədən 2252-də səslər hesablanıb.
İlkin nəticələrə əsasən, hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" partiyası 49,32 faiz, "Vahid Milli Hərəkat" partiyası 25,94 faiz, "Avropalı Gürcüstan" partiyası 3,77 faiz səs toplayıb.
Bundan əlavə, “Vətənpərvərlər Alyansı” 3,26 faiz, “Lelo” partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş – Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər partiyası isə 1,03 səs yığıb.