Ermənistanda son sutka ərzində 2441 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 92 254 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1363-ə çatıb. Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.