Vyananın mərkəzindəki silahlı insidentlə paralel olaraq cinayətkarlar şəhərin digər rayonlarının birində restoranda qonaqları girov götürüblər.
Unikal.org xəbər verir ki, bu barədə Avstriyanın “OE24” telekanalı məlumat yayıb. Bununla belə, bu məlumat hələ ki təsdiqlənməyib.
Bildirilir ki, söhbət şəhərin yeddinci rayonundakı Mariahilferştrasse küçəsindəki “Akakiko” adlı yapon restoranından gedir.
Həmçinin, Avstriyanın Daxili İşlər naziri belə bir qənaətə gəlib ki, Vyanada terror aktı törədilib. O bildirib ki, Vyanadakı hücum bu dəqiqələrdə də davam edir.
Avstriya DİN şəhər sakinlərini evdə qalmağa, küçəyə çıxmamağa çağırıb.