Bir neçə gün bundan əvvəl güclü zəlzələnin baş verdiyi İzmirdə 124 bina söküləcək.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəhər ərazisində 10 min 287 binada araşdırma aparılıb. 124 ağır, 119 orta və az zərər görən 730 bina təsbit edilib.

Bu səbəbdən 124 bina təcili olaraq söküləcək.