Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Qevork Petrosyan Qarabağda uğursuzluqlarını etiraf etmək məcburiyyətində qalıb.
Unikal.org xəbər verir ki, Q.Petrosyan bu barədə öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, oğlu da hərbi əməliyyatlarda iştirak edir və 20 gündür ondan heç bir xəbər yoxdur.
"Paşinyan populist çıxışlarını dayandırmalıdır. Müharibə başlayanda şou göstərdi, qadınlardan ibarət batalyonlar yaratdı, bütün məmurların döyüşə gedəcəyini söylədi. Bəs, onlar haradadır, niyə cəbhəyə getmədilər?", - deyə deputat etiraz edib.
Erməni deputat N.Paşinyanın ordu üçün mülki şəxslərdən hərbi forma istəməyinə də öz münasibətini bildirib:
"Nikol deyir ki, kimin hərbi forması varsa, qoy onu götürüb cəbhəyə getsin. Bu nə münasibətdir?! Forma yoxdur! Silah yoxdur! Qida yoxdur! Bəs büdcə haradadır?! Bəsdir, oyanın! Sonra çox gec olacaq!", - deyə Q.Petrosyan vurğulayıb.