Moskvada son sutka ərzində daha 67 nəfər koronavirusdan dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 071-ə çatıb.
Moskvada ümumilikdə 445 mindən çox insan koronavirusa yoluxub, 326 mindən çox pasiyent xəstəliyə qalib gəlib.