Biz seçkiləri amerikalı seçicilərin səs çoxluğu ilə udmuşuq.
Unikal.org xəbər verir ki, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden deyib.
“Mən seçki kampaniyamı demokrat kimi apardım, amma ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəyəm. Biz rəqiblərimizi düşmən kimi qəbul etməyi dayandırmalıyıq, biz düşmən deyilik”, - Bayden bildirib.