Polşa hökuməti koronavirusla mübarizə tədbirlərini sərtləşdirmək istəyir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş naziri Mateuş Moravetskinin sözlərinə görə, noyabrın 7-dən Polşada teatr, muzey və kinoteatrlar bağlanacaq.
O qeyd edib ki, həmçinin bəzi mağazalar və qalereyalar da bağlanacaq, otellər yalnız ezamiyyətdə olanlar üçün fəaliyyət göstərəcək.
Baş nazir eyni zamanda məktəblərin genişləndirilmiş distansion rejimdə ən azı noyabrın 29-na kimi fəaliyyət göstərəcəyini vurğulayıb.