Yaponiya hökuməti Kaqava prefekturasının Mitoyo şəhərində quş qripinin yayılmasını qeydə alıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “NHK” telekanalı xəbər verib.
Bununla əlaqədar Yaponiyanın Baş Naziri Yoşihide Suqa məsul nazirliklərə tapşırıb ki, quş əti tacirlərini maksimum sayıqlığa çağırsınlar, yerindəcə məlumat toplansın, həmçinin epidemiyanın qarşısını almaq üçün sürətli rejimdə tədbirlər görülsün.
“Kyodo” agentliyinin məlumatına görə, Kaqava prefekturasının hakim dairələri yaxın vaxtlarda quş qripinin yayılmasına qarşı mübarizə qərargahını yaradacaq. Agentlik, həmçinin bildirir ki, yerli quşçuluq fabrikində təxminən 330 min toyuq məhv ediləcək.