Xəbər verdiyimiz kimi, oktyabrın 30-da İzmirdə baş vermiş 6.6 ballıq zəlzələdən və xilasedicilərin çökmüş binalarda axtarış işlərini bitirməsindən sonra ölənlərin sayı 116-ya çatıb. 800-dən çox insan isə xəsarət alıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, binaların dağılmasına görə 9 cavabdeh şəxs həbs olunub.
Həbs olunanlar arasında həmin binaların tikintiləri üzrə podratçıları və layihə rəhbərləri də var. Sözügedən şəxslər polis bölməsində ifadəsi alındıqdan sonra məhkəməyə cəlb olunublar.