Fransa prezidenti Emanuel Makronla Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.  

Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.