ABŞ prezidenti Donald Tramp Çinin ByteDance şirkətinə məxsus TikTok sosial şəbəkəsinin ABŞ biznesi üçün alıcıları iki həftə ərzində elan edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, o, TikTok alıcılarının "çox varlı insanlardan ibarət bir qrup" olacağını vurğulayıb.
Tramp onların adlarını çəkməkdən imtina edib.