Tovuzda tövlədə yanğın olub, 4 baş iri buynuzlu mal-qara tələf olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakininə məxsus ümumi sahəsi 160 kvadratmetr mal tövləsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı mal tövləsinin 100 kvadratmetrinin yanar konstruksiyası yanıb, 60 kvadratmetri yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın nəticəsində tövlənin yaxınlığında olan 400 ədəd ot bağlamasının 200 ədədi də yanıb. Otun qalan hissəsi isə mühafizə olunub. Tövlədə olan 6 baş mal-qaranın 4-ü tələf olub, 2 baş mal-qara FHN əməkdaşları tərəfindən xilas edilib. Yanğın söndürülüb,ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın hadisəsi ilə bağlı araşdırmaya başlanılıb.
Tural Əhmədov