Goranboyda minik maşını ilə mikroavtobus toqquşub.

"Unikal"ın məlumatına görə hadisə  Goranboy-Goran yolunda baş verib. Belə ki, Goranboy-Goran marşrut xətti ilə işləyən  "Mercedes" markalı mirkoavtobus hərəkətdə olarkən "KİA" "markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xatırladaq ki, bu gün günorta saatlarında Goranboy-Ağcakənd yolunda "Mercedes"markalı mikroavtobusla "VAZ 2106"markalı minik maşını toqquşub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.