ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin vaxtı çatıb.
"Unikal" xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem bildirib.
Qrem vurğulayıb ki, Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu ilə bağlı sənədi qanunvericilər tərəfindən təsdiqlənərsə, imzalayacaq və onlar iyulda layihəyə baxmağa başlaya bilərlər.