İsrail Livanın cənubundakı Kunin qəsəbəsi yaxınlığına hava zərbəsi endirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı "Hizbullah" təşkilatının Bint Cəbbeyl bölgəsindəki bölmələrindən birinə komandanlıq edən Həsən Məhəmməd Hammudi zərərsizləşdirilib.