İsrail Qəzza şəhərində “HƏMAS” hərəkatının qurucularından birini zərəsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Qəzzanın Sabra bölgəsində “HAMAS” təşkilatının qurucularından biri olan Haham Məhəmməd İssa əl-İssuya qarşı əməliyyat keçirib. O, təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tuturdu və hücum nəticəsində məhv edilib", - deyə məlumatda bildirilib.