ÇXR ərazilərinə səfərləri məhdudlaşdırıb. İtaliya, Rusiya, Hindistan, Böyük Britaniya, Fransa, Filippin, Belçika, Ukrayna və Banqladeş vətəndaşları yaxın vaxtlarda Çinə gedə bilməyəcəklər.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yazır.
Mənbə bildirir ki, bu, məcburi addım olub, çünki oktyabr ayında “idxal olunan” koronavirus hadisələrinin sayı 45 faiz artıb. Hökumətə görə, bu, yenidən epidemiyanın mərkəzinə çevrilmək riskidir. Ümumilikdə, ÇXR-də 86 151 nəfər bu virusa yoluxub, 4 634 nəfər ölüb.