Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak səhhətində yaranan problemə görə istefaya getdiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, o, bu barədə özünün instaqramdakı hesabında yazıb.
"Mən beş illik işdən sonra səhhətimlə əlaqədar nazir kimi fəaliyyəti davam etdirməmək barədə qərar qəbul etdim", - Albayrak İnstaqramdakı səhifəsində yazıb.