İrəvanda etirazçılar Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra baş nazir və ailəsinin yaşadığı malikanələrə hücum ediblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ərazini qoruyan polislər etirazçılara baş nazirin həmin ünvanda olmadığını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında bir neçə toqquşma baş verib.