Gürcüstanda son sutkada daha 2 911 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 421 nəfər sağalıb, 45 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 66 561-ə çatıb. Yoluxan şəxslərin 49 811-i sağalıb, 566-sı isə dünyasını dəyişib.
Hazırda karantin zonalarında 2 656, stasionar nəzarətdə isə 4 878 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 3 181 nəfər isə xüsusi otellərdə müalicə alır.