İranda ötən sutka ərzində 457 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 40 121 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 517 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 726 585nəfərə yüksəlib.  

İranda indiyədək 541 566 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 614 nəfərin vəziyyəti ağır qiymətləndirilir.