Terrorizmlə mübarizə aparacağıma və ABŞ-la müttəfiqlərini qoruyacağıma söz verirəm.
Unikal.org xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Co Bayden Tvitter səhifəsində yazıb.
“Bu gün İŞİD-in Parisə hücum etməsindən 5 il ötür. Bu, sadəcə Fransa əhalisinə deyil, bizim humanizmə edilən hücum idi”, - deyə Bayden qeyd edib.
Qeyd edək ki, 5 il öncə terrorçuların Parisin müxtəlif səmtlərində silsilə terror aktları törətməsi nəticəsində 130-dan insan həlak olmuşdu.