Qırğızıstanda prezident səlahiyyətlərini icra edən Sadır Japarov növbəti prezident seçkiləri üçün namizədliyini verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, S.Japarov artıq sənədlərini ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xatırladaq ki, eks-prezident Soronbay Jeenbekovun bu ilin 15 oktyabrında istefasından sonra Sadır Japarov bu vəzifəni icra etməyə başlayıb.