Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasından istefalar başlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, artıq bir sıra deputatlar ictimai etirazların hədəfi olmaqdan qorunmaq üçün hakim fraksiyadan ayrıldıqlarını bəyan etməyə başlayıblar. Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təslimçi bəyanata imza atdığına görə rahat küçəyə çıxa bilmədiklərini bildirən bəzi deputatlar fraksiyanı tərk edirlər. Deputat Vardan Atabekyanın fraksiyadan çıxdığını elan etməsindən sonra analoji addımı atanların sayı daha da artıb.

Görünən odur ki, deputatlar artıq sosial dayaqlarını itirməyə başlayan Paşinyan hakimiyyətinin perspektivini itirdiyini düşünür və vaxt itirmədən öz siyasi karyeralarını risk altından xilas etməyə çalışırlar.