"Axısqa türkü qardaşlarımızı rəhmətlə anıram."
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Axısqa türklərinin sürgün edilməsinin 76-cı ildönümü ilə bağlı "Facebook"da etdiyi paylaşımında yazıb. O qeyd edib:
"76 illik həsrət, unudulmayacaq acı. Sürgündə itirdiyimiz Axısqa türkü qardaşlarımızı rəhmətlə anıram. Əsla unutmayacağıq!"
Qeyd edək ki, 14 noyabr 1944-cü ildə SSRİ rəhbəri İosif Stalinin əmri ilə Gürcüstan SSR-in Mesxetiya regionundan Mərkəzi Asiyaya köçürülməyə başlanmışdır. 26 noyabradək davam edən sürgün zamanı 95 minə yaxın Axısqa türkü öz yurd-yuvasını tərk etməyə məcbur edilmişdir. Özbəkistan SSR-də xüsusi məntəqələrə yerləşdirilən insanlar məcburi əməyə tabe edilmişdir. Mal-qara üçün nəzərdə tutulmuş vaqonlarla deportasiya edilən sakinlərdən köç və sürgünün ağır şərtlərinə dözə bilməyən 12-50 min arası insan həyatını itirib.