Ötən gün İrəvanda Hrazdan körpüsünün altında parlamentə hücum edən nümayişçilərdən birinin cəsədi tapılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, mərhumun yaxınları bunu hakimiyyət oqranlarının qisası kimi qiymətləndirir.
Qeyd edək ki, Raik adlı şəxs etirazların ilk günü Ermənistan Parlamentinə daxil olan şəxslərdən biri olub. Onun spikerin kreslosunda əyləşərək siqaret çəkdiyi anın fotosu sosial şəbəkələrdə geniş yayılmışdı.