Ermənistanda hüquq-mühafizə orqanının əməkdaşları ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın evinə giriblər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxalif Vətən Partiyasının nümayəndəsi Sos Akopyan "Facebook" səhifəsində məlumat yayıb. Artur Vanetsyanın valideynlərinin də yaşadığı bu evə basqının səbəbi araşdırma aparılması ilə əlaqələndirilib.

Qeyd edək ki, hazırda həbsdə olan keçmiş xüsusi xidmət orqanı rəhbəri Vətən Partiyasının sədri kimi siyasi fəaliyyət göstərirdi.