Ermənistanın baş naziri Nikol Paşinyan yüksək çinli məmurlarla iclas keçirib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, iclasda ölkədəki ümumi hərbi və siyasi vəziyyət müzakirə edilib.
Toplantıda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan və baş qərargahın əməliyyat idarəsinin başçısı Karen Abramyan iştirak edib.