Türkiyənin Kayseri şəhərində İŞİD terror təşkilatının 4 üzvü həbs olunub.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, terrorçuların dördü də Suriya əsilli olub.

Saxlanılanlardan birinin terror təşkilatında "əmir" adlandırılması üzə çıxıb. Onun Türkiyəyə gəlməkdə əsas məqsədinin Kayseri, Şanlıurfa, İstanbul, Mersin və Adana şəhərlərində "təşkilatının fəaliyyətinin gücləndirilməsi" olduğu deyilir.