Noyabrın 17-də İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Padanqa şəhərindən 220 kilometr cənub-qərbdə, ocağının isə 40 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.