Su obyektlərinin mühafizəsi qaydalarını pozan şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Paytaxtın Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı Xocəvənd qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.
Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilib və hər biri 600 manat məbləğində cərimə olunublar.