Bu gün Yaponiyanın şərq sahillərində 5,8 maqnitudalı zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Yerli vaxtla saat 12.06 radələrində baş verən zəlzələnin ocağı İbaraki əyalətindən 40 km uzaqlıqda yerləşib. Yeraltı təkan paytaxt Tokio və Fukusima şəhərində də hiss edilib.
Xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb.