Ermənistanın Milli Elmlər Akademiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, qurumun Rəyasət Heyəti tərəfindən yayılan bəyanat akademiyanın saytında da dərc olunub.

10 noyabrda imzalanmış üçtərəfli sənədin tənqid olunduğu bəyanatda Paşinyan hakimiyyəti ölkənin düşdüyü ağır vəziyyətə görə günahkar hesab edilir.