Avropa İttifaqı makromaliyyə yardımı çərçivəsində Gürcüstana 100 milyon avro məbləğində vəsait ayırıb.
Unikal.org xəbər verir ki, məbləğin 95 milyon avrosu güzəştli kredit, 5 milyon avrosu isə qrantdır.
Yardımın böyük hissəsi 75 milyon avro olmaqla Gürcüstan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə proqramlarına yönəldiləcək.