Bu gün İrəvan məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın yenidən işinə baxılacaq.
Unikal.org xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat verib. Proses hakim Anna Danibekyanın sədrliyi ilə aparılacaq.
Bildirək ki, eks-prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonundan bəri Qarabağdakı müharibə səbəbindən dayandırılmışdı.
Koçaryan 1 mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Ona qarşı cinayət təqibi 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb, eyni zamanda Koçaryan siyasətə qayıtdığını elan edib.