Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-dakı seçkilər barədə danışıb.

Unikal.org xəbər verir ki, "Kazinform"a müsahibəsində Lavrov Rusiyanın gələcək Amerika administrasiyası ilə işləməyə hazır olduğunu bildirib. O qeyd edib ki, bu, bərabərhüquqlu səviyyədə olacaq.

"Prezident Putinin dediyi kimi, biz hər şeyi sakit və işçi qaydada analiz edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik", - deyə Sergey Lavrov bəyan edib.