Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyasının iqtisadi təsirləri ilə bağlı həyəcan təbili çalır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, BMT baş katibi Antonio Quterriş milyonlarla insanın elementar insani ehtiyaclara möhtac vəziyyətdə qaldığını bəyan edib. Dünyada qida, paltar və yaşayış yeri sarıdan əziyyət çəkən insanların sayının son bir ildə 40 faiz artdığı bildirilib. COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri bu artıma səbəb olub.

Ötən illərdə 146 milyon və 168 milyon olan rəqəmin gələn il 235 milyona çatacağı və bu sayda insanın yardımlar olmadan yaşaya bilməyəcəyi vurğulanıb.