Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Hayk Alumyan prokurorluq orqanlarının fəaliyyətindən narazılığını bildirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, H.Alumyan məhkəmə binasının önündə jurnalistlərə müsahibə verərkən bu barədə danışıb.

O qeyd edib ki, prokurorluq orqanları Paşinyanın marionet kuklasıdır və məhkəmə müstəqilliyindən söhbət gedə bilməz. "Sivil ölkələrdə belə şeylər olmur, amma Koçaryana qarşı cinayət işi açılması hüquqi yox, siyasi səbəblərdən qaynaqlanır", - deyə Robert Koçaryanın vəkili söyləyib.