Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, iclas Türkiyənin Ar-Ge (texnologiyaları elmi yolla ticarətə çevirmək) təməlli müdafiə sənayesinə aid siyasətinin genişləndirilməsinə həsr olunub.
Müdafiə sənayesində istehsalın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu toplantıda Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik qüvvələrinin istifadə etdikləri yerli və milli sistemlərin yenilənməsi məqsədilə elektronika təyinatlı hərbi və şəhər təhlükəsizliyi sistemlərinin, eləcə də müharibə avadanlıqları, silah, sursat, raket və s. bu təyinatlı vasitələrlə bağlı çoxsaylı layihələrə aid qərar qəbul olunub.