RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.
Unikal.org xəbər verir ki, bu barədə kadrları "RT" yayımlayıb. Görüntülərdə Rusiya sülhməramlılarının Şuşa-Turşsu yolunu minalardan təmizləməsi əks olunub.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda təxminən 1150 partlayıcı obyekt zərərsizləşdirib. Ümumilikdə təxminən 50 hektar ərazi təmizlənib.