Sumqayıtda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tünzalə Qənbərova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.