Vətən müharibəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) platforması Elektron İnkişaf Mərkəzi tərəfindən yaradılacaq.

Unikal.org xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn brifinqdə deyib.

O bildirib ki, fondda hər kəsin öz şəxsi kabineti olacaq: “Mən proqram təminatı olan vətəndaşlara müraciət edirəm. Onların da kreativ yanaşmaları ola bilər. Öz təklifləri ilə mərkəzə müraciət edə bilərlər.

Fonda dəstək üçün SMS nömrəylə bağlı müraciət etmişik. Nömrə hazır olanda ictimaiyyətə məlumat verəcəyik”.