Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında" fərmana əsasən Fondun vəsaitindən istifadə istiqamətləri qaydası müəyyənləşib.

Unikal.org xəbər verir ki, Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:

1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

2. hərbi texnika, silah və sursatın alınması;

3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.